Premyer Liqada iki insident: Nələr oldu? - VİDEO+FOTOREPORTAJ

13 May 2022 09:00 Qarabağ 1 027
Premyer Liqada iki insident: Nələr oldu? - VİDEO+FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XVI turdan təxirə salınmış oyun keçirilib.

Sportinfo.az xəbər verir ki, çempionluğu əvvəlki turlarda təmin etmiş "Qarabağ" "Sumqayıt"ı sınağa çəkib.

"Azersun Arena"dakı qarşılaşma meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Köhlən atlar"ın qollarını 4-cü dəqiqədə Filip Ozobiç, 11-ci dəqiqədə Patrik Andrade, 31-ci dəqiqədə İbrahima Vadji, 30 və 52-ci dəqiqələrdə Kadi Borges vurub.

Ağdam təmsilçisinin sadiq fanatlarından hesab edilən "İmarət" azarkeş qrupunun üzvləri 7-ci dəqiqədə tribunadan ayrılıblar.

Polislərlə mübahisə edən fanatlar "Azarkeş heç vaxt terrorçu deyil" şüarı səsləndiriblər.

Oyundan sonra insident baş verib. "Köhlən atlar"ın futbolçusu Qara Qarayev rəqib oyunçu Dmitri Nağıyevlə mübahisə edib.

Daha sonra "gənclik şəhəri" təmsilçisinin müdafiəçisi Vüqar Mustafayev hadisəyə qarışıb. Komanda yoldaşları futbolçuları çətinliklə sakitləşdirib.

"Qarabağ" qələbə sayəsində xallarının sayını 63-ə çatdırıb. "Gənclik şəhəri" təmsilçisi 18 xalla 7-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti