
"Rüstəm Ukraynada daha çox sağ cinahda oynayırdı. Mən xoşlayıram ki, sağda solaxay oyunçu olsun”.
Sportinfo.az xəbər verir ki, bu açıqlama “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova aiddir.
O, yeni transferlərdən Rüstəm Əhmədzadənin "Baçka Topola" ilə yoxlama matçında sağ cinahda oynamasına münasibət bildirib:
“Bəzi rəqiblərə qarşı fərqli sistemdən istifadə edə bilərik. Rüstəm çox sürətli futbolçudur.
"Baçka Topola" ilə oyunda da bundan yaxşı istifadə etdi. Rüstəmi sağda, hücumun mərkəzində yoxlamaq istəyirik.
Çalışacam ki, qarşıdakı aylarda onun tam potensialını ortaya çıxarmaq üçün bəzi mövqe dəyişiklikləri edək. Rüstəm Əhmədzadə gələcəyə ümid verən futbolçudur".