"Qarabağ"ın baş məşqçisi: "Bir az ehtiyatlanırıq"

22 Yanvar 2022 12:40 Qarabağ 1 070
"Qarabağ"ın baş məşqçisi: "Bir az ehtiyatlanırıq"

"Onların hazırlıqları əvvəldən burada olan futbolçulardan bir qədər aşağıdır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səsləndirib.

Ağdamlıların çalışdırıcısı yeni transferlərin uyğunlaşma prosesinin pis getmədiyini diqqətə çatdırıb:

"Çünki gec qoşulublar, daha çox məşqsiz qalıblar. Ona görə də bir az ehtiyatlanırıq.

Öz optimal formalarına burada olan futbolçularımızla müqayisədə daha gec çatacaqlar. Hər halda istəkli olmalarından razıyam və inanıram ki, daha tez optimal formalarına qayıdacaqlar".

Digər Xəbərlər
Xəbər Lenti