"Məncə, "Qarabağ"a qarşı özümü pis tərəfdən göstərmədim"

1 Dekabr 2021 02:20 Qarabağ 455
"Məncə, "Qarabağ"a qarşı özümü pis tərəfdən göstərmədim"

“Omoniya”nın yarımmüdafiəçisi Andreas Asimenos Konfrans Liqasının 5-ci turunun “Qarabağ”la oyununu dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, kiprli futbolçu Bakıda komandasının 2:2 hesablı nəticəsi barədə bunları deyib:

“Bu oyunda iştirak etdiyimə görə şadam. Məncə, özümü pis tərəfdən göstərmədim. Güclü komandaya qarşı asan olmayacağını bilirdik.

Gənc olsam da, oyuna hazır idim. Bu nəticə bizim üçün yaxşı idi. Amma qələbə hesabını qoruyub-saxlaya da bilərdik.

İki real qol şansımızdan istifadə etsəydik, Kiprə 3 xalla qayıda bilərdik”.

Digər Xəbərlər
Xəbər Lenti