“Türkiyəli jurnalist mənim “Qarabağ”da oynadığımı eşidəndə, çox təəccübləndi”

26 Noyabr 2021 17:00 Qarabağ 6 022
“Türkiyəli jurnalist mənim “Qarabağ”da oynadığımı eşidəndə, çox təəccübləndi”

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsi başa çatıb.

Ən dramatik mübarizənin yaşandığı G qrupunda üç komanda ilk 3 pillə uğrunda sonadək vuruşub.

Türkiyə yığması səfərdə Monteneqro ilə qarşılaşıb. Erkən qol buraxan “ay-ulduzlular” Kərəm Aktürkoğlunun qolu ilə hesabda tarazlıq yaradıb.

Fasilədən sonra Orkun Kökçü qonaqlara qələbə və pley-offa vəsiqə qazandıran qola imza atıb – 2:1.

“Qarabağ”ın legioneri Marko Veşoviç də Monteneqro millisində növbəti oyununu keçirib. Start heyətdə meydana çıxan yarımmüdafiəçi 90 dəqiqə meydanda qalıb.

Monteneqro seçmə mərhələni 12 xalla 4-cü pillədə başa vurub.

Maraqlıdır, türkiyəli futbolçulardan, yaxud, məşqçilər heyətində yer alanlardan kim(lər)sə Veşoviçin Azərbaycanda “Qarabağ”ın uğurları üçün tər tökdüyündən xəbərdar olub? Yəni, oyundan əvvəl və ya sonra bu mövzuda kiminləsə söhbət edib?

Öz dilindən eşidək: “Xeyr, futbolçu və məşqçi heyəti ilə söhbətim olmadı. Açığı, onlar üçün 3 xal o dərəcədə vacib idi ki, kiminləsə hansısa mövzuda danışmaq əhvalında deyildilər.

Matç qurtaran kimi qələbəni bayram etməyə tələsirdilər. Ondan 1 gün əvvəl Türkiyənin TRT telekanalının əməkdaşı məndən müsahibə almışdı.

“Qarabağ”da oynadığımı eşidəndə, çox sevindi, təəccübləndi. Və dərhal “Qarabağ”la bağlı suallara keçdi, mən də cavablandırdım.

Açığı, Türkiyə ilə Azərbaycanın qardaş ölkələr olduğunu öncədən bilirdim”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"