“Qarabağ”la sonadək mübarizə aparsaq, nəyəsə ümid etmək olar"

25 Noyabr 2021 21:00 Qarabağ 518
“Qarabağ”la sonadək mübarizə aparsaq, nəyəsə ümid etmək olar"

"Qrupda qalacağımız dəqiqləşib.

Bu oyunda bəzi gənc futbolçular özlərini yaxşı tərəfdən göstərməklə komandaya kömək edə bilərlər".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Kipr millisinin sabiq futbolçusu Sinişa Dobraşinoviç "Omoniya"nın Bakıda "Qarabağ"a qarşı keçirəcəyi Konfrans Liqasının qrup oyunu barədə yerli mətbuata açıqlamasında deyib.

Nikosiya təmsilçisinin də formasını geyinmiş Monteneqro əsilli veteran yarımmüdafiəçi bildirib ki, keçmiş komandasının işi çox çətin olacaq:

"Omoniya" üçün çıxış yolu erkən qol buraxmamaqdır. Dəqiqələr irəlilədikcə bizim də imkanlarımız olacaq. Rəqibin heyətində yaxşı futbolçular var.

Bu baxımdan, xal götürmək çətin görünür. Amma sonadək mübarizə aparsalar, nəyəsə ümid etmək olar".

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Omoniya" qarşılaşması saat 21:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti