“Legiya” millimizin yarımmüdafiəçisinə təklif göndərdi – DANIŞIQLAR GEDİR

18 Oktyabr 2021 19:00 Qarabağ 3 737
“Legiya” millimizin yarımmüdafiəçisinə təklif göndərdi – DANIŞIQLAR GEDİR

“Legiya” Mahir Emrelidən sonra “Qarabağ”ın daha 3 futbolçusunun xidmətində maraqlıdır.

Bugünlərdə məlumat vermişdik ki, Polşa klubu İsmayıl İbrahimlinı diqqət mərkəzinə alıb.

Varşava təmsilçisi milliyə də dəvət almış yarımmüdafiəçi ilə ətraflə məlumat toplamağa başlayıb. Mahor də keçmiş komanda yoldaşı barədə “Legiya” rəsmilərinə müsbət rəy verib.

Polyakların Ismayılla yanaşı, Toral Bayramova təklif göndərməsi də artıq bizə məlumdur. Canni De Byazinin də millinin əas heyətində yer verdiyi yarımmüdafiəçiyə ilk belə dəvət hələ 2 ay öncə gəlib.

“Legiya”nın rəsmiləri ondan bəri bir neçə dəfə Ağdam klubunun təmsilçiləri ilə əlaqə saxlayıb və keçidin mümkünlüyü ətrafında müzakirələr aparıb.

Danışıqlar hazırda da davam etdirilir. Düzdür, Qurban Qurbanov “Xəzər Lənkəran”ın yetirməsi ilə yolların ayrılmasına razı deyil, bununla belə, qarşı tərəf iddiasından əl çəkmir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu