COP29

“Qarabağ”ın direktoru yayılan xəbərə aydınlıq gətirdi: “Bizə çox köməyi dəyib”

9 May 22:20 Qarabağ 2 623
“Qarabağ”ın direktoru yayılan xəbərə aydınlıq gətirdi: “Bizə çox köməyi dəyib”

“Qaradağ-Lökbatan” hazırda I Liqada liderdir.

Qəsəbə təmsilçisi mövsümün sonuna 2 tur qalmış ən yaxın izləyicisi “Şamaxı”nı 2 xal qabaqlayır.

Relqamentə görə, çempion komanda Premyer Liqaya vəsiqə qazanacaq.

Yaxınlarda “Neftçi” İK-nun nəzdindən çıxan və müstəqil klub kimi fəaliyyət göstərməyə başlayan “Qaradağ”ı elitadan yalnız lisenziyalaşdırma tələbləri uzaq sala bilər.

Həmin meyarlardan biri stadionla bağlıdır. Peşəkar Futbol Liqası Lökbatan Olimpiya Konpleksinin stadionunun standartlara cavab vermədiyini düşünür.

Bu arada mediada yayılan xəbərlərə görə, “Neftçi” İK-in İdarə Aparatının sədri Sadıq Sadıqov kömək üçün “Qarabağ”a müraciət edib, ancaq qarşı tərəf ona “yox” cavabı verib.

İddia olunur ki, "Azərsun Arena" tikilən zaman Sadıq Sadıqov torpaq sahəsinin bir hissəsini "Qarabağ" rəhbərliyinə verməyib.

Ona görə də tribunanın biri tikilməyib. Odur ki, Sadıq Sadıqovun "Qaradağ Lökbatan"ın indi burada oynaması üçün müraciəti mənfi qarşılanıb.

Ağdam klubunun direktoru Əmrah Çəlikəl Sportinfo.az vasitəsilə bu xəbərlərə aydınlıq gətirib. O, deyilənlərin tamamilə yalan olduğunu bildirib:

“Sadıq müəllimin o vaxt bizə çox köməyi dəyib. əlindən gələn dəstəyi klubumuza verib. Özündən asılı olan nə varsa, edib.

Ondan və “Qaradağ Lökbatan”dan “Qarabağ”a stadionla bağlı müraciət daxil olmayıb. Bu xəbəri kimin və niyə çıxardığını bilmirəm.

Şəxsən mənim Sadıq müəllimə böyük hərmətim var. Çox yaxşı insandır. O, idmana, futbola xidmət etmiş insandır.

İndi belə xəbərlərin çıxması hansı məqsədə qulluq edir, bizə də qaranlıqdır”.

Digər Xəbərlər
Xəbər Lenti