Qurban Qurbanov axtardığı 3 legioneri Braziliyada tapdı

2 Mart 2021 13:40 Qarabağ 1 485
Qurban Qurbanov axtardığı 3 legioneri Braziliyada tapdı

Son illərin ən kasad heyəti ilə mübarizə aparan “Qarabağ” mövsümün sonunda bu problemi yoluna qoyacaq.

Sportinfo.az xəbər verir ki, Ağdam klubunun baş məşqçi Qurban Qurbanovun təlimatına uyğun axtarışlarını davam etdirir.

Yayda bir neçə əcnəbi transferi ilə heyətdə rəqabəti artırmağı planlaşdıran ölkə çempionu, xüsusən də, Braziliya bazarına üz tutub.

Əldə etdiyimiz məlumata əsasən, təcrübəli çalışdırıcıya həmin ölkədən artıq 3 futbolçu ilə bağlı müsbət raport verilib.

Oyunçuların adlarını dəqiqləşdirə bilməsək də, onların B seriyasında çıxış edən “Quarani”, C seriyası təmsilçisi “Parana” və D seriyasında olan “Treze”nin formasını geyindiyini öyrənmişik. Həmin oyunçulardan ikisi yarımmüdafiəçi, biri isə hücumçudur (apasport.az)

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu