“Qarabağ”a keçməyi üstün tutdu, büdcəyə pul gətirdi

23 Yanvar 2021 20:20 Qarabağ 930
“Qarabağ”a keçməyi üstün tutdu, büdcəyə pul gətirdi

“Çerno More” 2020-ci il ərzində futbolçu satışından qazanılan məbləği açıqlayıb.

Sportinfo.az-ın Bolqarıstan mətbuatına istinadən məlumatına görə, Varna təmsilçisi ötən il 5 milyon levi (təxminən 5,3 milyon manat) gəlir əldə edib.

Satılan oyunçular arasında “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade də olub.

Kabo verdeli orta sahə oyunçusunun ötən ilin avqustunda Split “Hayduk”undan da təklif aldığı vurğulanıb. Lakin Patrik “Qarabağ”a keçməyi üstün tutub ki, bu, “Çerno More”nin büdcəsinə pul gətirib.

Ancaq transferin məbləği açıqlanmayıb. Andradenin “Qarabağ”la müqavilə müddəti gələn ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi