
«Qarabağ»ın müdafiəçisi Donald Geryenin «Adana Dəmirspor»dan təklif aldığını dünən oxucularımıza məlumat vermişdik.
Türkiyə I Liqasında çıxış edən klub vxtilə «Alanyaspor»un şərəfini qorumuş haitili müdafiəçiyə dəvət göndərib.
Super Liqaya vəsiqə qazanmaq uğrunda mübarizə aparan «dəmirçilər»in irəli sürdüyü təklif 2 illikdir.
Komanda 17 turdan sonra 31 calla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Ötən mövsüm pley-off mərhələsində «Faatih Karagümrük»ə uduzaraq, elitaya yüksələ bilməyən «Adana Dəmirspor» Geryeyə ödəməyə hazır olduğu illik məbləğ 250 min dollardır.
Onun «Qarabağ»la sözləşməsinin gələn ilin yayında bitəcəyini yada salaq.
Redaksiyamıza daxil olan məlumata görə, Azərbaycan çempinu Gerye ilə vidalaşmağa razıdır. Amma bu qış deyil, yayda.
Bunun üçün Türkiyə təmsilçisinin tələb olunan təzminatı ödəməsi də şərtdir. «Qarabağ»ın qarşı tərəfdən almaq istədiyi məbləğ 300 min dollar civarındadır.
SPORTİNFO.AZ