"Zirə" bu dəfə "Qarabağ"a imkan vermədi ki… FOTOREPORTAJ

16 Yanvar 2021 09:20 Qarabağ 1 046
"Zirə" bu dəfə "Qarabağ"a imkan vermədi ki… FOTOREPORTAJ

Son Azərbaycan çempionu “Qarabağ” 2021-ci ildə ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu mövsümün ikinci hissəsinə hazırlıq prosesində yeganə yoxlama matçında qüvvəsini sınayıb.

Qurban Qurbanovun yetirmələri turnir cədvəlindəki qonşusu “Zirə”ni sınağa çəkib. “Qarabağ”dan fərqli, bakılılar qış fasiləsində ikinci sınağına çıxıb.

“Sumqayıt”a 2:3 hesabı ilə uduzan Rəşad Sadıqovun komandası titullu rəqibi ilə 120 dəqiqə mübarizə aparıb. Çünki üç hissədən ibarət matçın birinci və sonuncu hissəsi 45, ikinci hissəsi isə 30 dəqiqədən ibarət olub.

“Zirə” ilk yarıda Klesio Baukun dublu sayəsində önə keçsə də, bu üstünlüyünü qoruya bilməyib. Ağdamlılar ikinci hissədə ardıcıl 3 qolla önə keçməyə müvəffəq olub. Son hissədə isə bakılılar status-kvonu bərpa edərək, matçda son nöqtəni qoyublar- 3:3.

"Qarabağ" - "Zirə" 3:3
Qollar:
Filip Ozobiç, 50, Mahir Emreli, 61, Abdullah Zubir, 66 - Klesio Bauk, 4, 41, Sərtan Taşkın, 95

Digər Xəbərlər
Xəbər Lenti