Millinin oyununda gərgin anlar - Baş məşqçimiz təhqir olundu!

14 Oktyabr 21:20 Qalmaqal 5 541
Millinin oyununda gərgin anlar - Baş məşqçimiz təhqir olundu!

21 yaşa qədər futbolçular arasında DÇ-2027-nin seçmə mərhələ görüşündə Azərbaycan Şotlandiyanı qəbul edib.

İlk hissə gərginliyi ilə yadda qalıb.

Azərbaycan seçməsi hesabda önə keçsə, şotlandlar fasiləyə qədər 2 qol vurnağı bacarıb.

Hesab 1:1 olanda, qazaxıstanlı hakim Xəyal Əliyevin rəqibin cərimə meydançasında yerdə qalmasına “davam” deyib.

Referinin qərarı millimizin baş məşqçisi Rəşad Eyubovu özündən çıxarıb.

Eyubov dördüncü hakimə penalti verilməməsi ilə bağlı kəskin etiraz edib.

Bunu görən Şotlandiya millisinin çalışdırıcısı Skot Gemmill üzünü Eyubova tutaraq ingilis dilində təhqirlə “sus” deyib.

Yığmamızın baş məşqçisi üzünü dördüncü hakimə tutaraq, “gördün?” sualını versə də, Saken Bayımbet özünü eşitməməzliyə vurub.

İlk yarının son 10 dəqiqəsində baş məşqşilər arasında gərginlik davam edib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:50 Çək və bizə göndər!
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?