Gənc futbolçu xüsusi amansızlıqla ÖLDÜRÜLDÜ - VİDEO

15 İyul 2020 12:20 Qalmaqal 1 820
Gənc futbolçu xüsusi amansızlıqla ÖLDÜRÜLDÜ - VİDEO

Paytaxt Tbilisidəki Araqvi çayında meyiti taplan "Saburtalo" futbol akademiyasının yetirməsi Georgi Şakaraşvilinin qətlinin bəzi təfərrüatı məlum olub.

Sportinfo.az xəbər verir ki, 19 yaşlı futbolçunun xüsusi amansızlıqla öldürüldüyü açıqlanıb.

Ekspertiza üzərində zorakılıq əlamətləri olan oyunçunun suda boğularaq qətlə yetirildiyini bildirib. Şahidlərin sözlərinə görə, hadisə yığıncaq zamanı baş verib. Əvvəlcə məclisə toplaşan insanlar arasında kütləvi dava düşüb.

Münaqişə daha sonra küçədə davam edib. Hadisə yerindən uzaqlaşan Şakaraşvili çaya doğru qaçıb. Sonradan isə iz itib. 4 günlük axtarışdan sonra - iyunun 22-də futbolçunun meyiti tapılıb. Hadisə ilə əlaqədar 17 nəfər saxlanılıb.

İyunun 19-da Şakaraşvilinin ailəsi onun itkin düşməsi ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyinə müraciət edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!