"Qarabağ” – “Linfild” oyununun hakimi pul qoyuluşlarında ittiham edilir

12 İyul 2020 22:40 Qalmaqal 1 219
"Qarabağ” – “Linfild” oyununun hakimi pul qoyuluşlarında ittiham edilir

Latviyalı sabiq futbol hakimi Pavel Stipidi totalizatorla bağlı fırıldaqlarda şübhəli bilinir.

Sportinfo.az xəbər verir ki, Baltikyanı ölkə təmsilçisi beynəlxalq oyunlar zamanı sarı vərəqələrin sayına pul qoyuluşlarında ittiham edilir.

Stipidi ilə bağlı araşdırma aparan UEFA Latviya polisi ilə birlikdə onun bu işdə tək olmadığını düşünür. Onun bir müddət öncə Rusiyaya səfəri bu ölkədən olan FİFA hakimi Sergey Lapoçkinin latviyalı ilə işbirliyi ehtimalı yaradıb. Əgər onların günahı təsdiqlənsə, iş İntizam Komitəsinə veriləcək.

Lapoçkinin karyerası ərzində yolları Azərbaycan komandaları ilə də kəsişib. O, ötən il “Qarabağ”ın Avropa Liqasında Şimali İrlandiya təmsilçisi “Linfild”də avrokubok görüşündə dördüncü hakim olub. İki il öncə isə Millətlər Liqasının Farer adaları ilə səfər matında əlavə köməkçi hakim kimi meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”