Problem yaratdı, blokladı, özü də cərimələndi - VİDEO

12 İyul 2020 17:00 Qalmaqal 879
Problem yaratdı, blokladı, özü də cərimələndi - VİDEO

"Formula 1" stüardları Ştiriya Qran-prisinin təsnifat mərhələsində "Alfa Tauri" və "Ferrari" pilotları Daniil Kvyatla Şarl Lekler arasında baş vermiş mübahisəli epizodu araşdırıblar.

Sportinfo.az xəbər verir ki, "Red Bull Rinq" avtodromundakı yürüş zamanı Leklerin Kvyatı bloklaması qənaətinə gəlinib.

Bununla əlaqədar rusiyalı pilot vaxt itirməli olub. Yol verdiyi qayda pozuntusu ilə əlaqədar monakolu sürücü 3 pillə geriləmə cəriməsi alıb. Lekler təsnifat mərhələsinin 11-ci pillədə başa vursa da, bu gün keçiriləcək Ştiriya Qran-prisinin start düzülüşündə 14-cü yerdə qərarlaşacaq.

Əvəzində "Uilyams"dan Corc Rassell, "Racing Point"dən Lens Stroll və Daniil Kvyat 11 - 13-cü yerlərə irəliləyəcəklər. İlk mərhələdə "Mercedes" pilotu Lüis Hemilton 3 pillə cərimələnmiş və nəticədə finişə 2-ci yerdə çatmışdı. Qran-pri Bakı vaxtı ilə saat 17:10-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”