Fırıldaqçılar baş məşqçini aldadıb, 250 min "qopardı"

11 İyul 2020 23:40 Qalmaqal 1 000
Fırıldaqçılar baş məşqçini aldadıb, 250 min "qopardı"

"Spartak"ın baş məşqçisi Domeniko Tedesko fırıldaqçıların toruna düşüb.

Sportinfo.az xəbər verir ki, özünü klubun əməkdaşları kimi təqdim edən şəxslər mütəxəssisdən "pul qobarıblar".

Hadisə 2 gün əvvəl - cümə axşamı baş verib. Həmin vaxt Soçidə - "Redisson" otelində dincələn Tedeskodan telefonla oteldə olub-olmadığını soruşublar.

Baş məşqçi ekranda klubun əməkdaşlarından birinin şəklini gördüyündən onu arayan adamın maddi kömək istəyini yerinə yetirib. Məlumata görə, kələkbazlar çalışdırıcıdan 250 min rubl alıb.

Digər Xəbərlər
Xəbər Lenti