“Otelin nömrəsinə gəldik, ikisi də yatağa sərildi, mən xahiş etdim ki..."

6 İyul 2020 19:45 Qalmaqal 5 629
“Otelin nömrəsinə gəldik, ikisi də yatağa sərildi, mən xahiş etdim ki..."

Tanınmış pornoaktrisa Lola Teylor Rusiya millisinin sabiq futbolçuları Andrey Arşavin və Vladimir Bıstrovla görüşünün təfərrüatlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Lola aralarında heç nə baş vermədiyi üçün futbolçuları qınayıb.

O bildirib ki, yığma üzvləri ilə qrup halında sekslə məşğul olmasına futbolçuların hərəkətləri imkan verməyib: “Seksdən imtina etmək axmaqlıq olardı! Mən bura elə onun üçün gəlmişdim, özü də burda bizim dalımızca futbol ulduzları düşürdü.

Otelin nömrəsinə gəldik. Arşavin və Bıstrov yatağa sərildi. Mən xahiş etdim ki, başlamazdan əvvəl şelfi edək. Necə deyərlər, xatirə üçün. Onlar birdən narahat olmağa başladı və dedilər ki, bitəndən sonra hər şey olacaq.

Bu anda onların Aleksandr adlı üçüncü dostu telefonu əlimdən qapdı. Buna görə əsəbiləşdim və getdim. Onlar isə incidilər. Elə qəribədirlər ki: qrup halında seks istəyirlər, amma şelfi etməyi yox”.

Arşavin yeni mövsümdən “Zenit”in akademiyasında çalışacaq, Bıstrov isə KİV-də ekspert kimi fəaliyyət göstərir.

Digər Xəbərlər
Xəbər Lenti