"Mübariz Mənsimov ittihamları qəbul etmir"

1 İyul 2020 10:38 Qalmaqal 772
"Mübariz Mənsimov ittihamları qəbul etmir"

Martda "Fətullahçı Terror Təşkilatına üzv olmaq" ittiham ilə həbs olunan "Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimovun istintaq işi məhkəməyə göndərilib.

Sportinfo.az xəbər verir ki, məhkəmə sentyabrın 15-ə təyin edilib. İqtisadçı Qubad İbadoğlu bu haqda yazıb:

"Cinayət işinin təfərrüatları açıqlanmasa da əldə etdiyimiz məlumatlara görə, Mənsimovun işçiləri və tərəfdaşlıq etdiyi şirkətlərin vəzifəli nümayəndələrindən onun əleyhinə ifadələr alınıb.

Onun ittihamlar üzrə 7,5 ildən 15 ilədək həbs cəzası gözləyir. Mübariz Mənsimov özü FETÖ ilə əlaqələrini qəti şəkildə rədd edir və ittihamları qəbul etmir.

Bununla əlaqədar olaraq o Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğana məktub göndərib. Arzum budur ki, tezliklə Mübariz bəyə haqq etdiyi azadlıq nəsib olsun!".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"