Yenə karantini pozdu, partiyə qatıldı: Məşhur idmançının görüntüləri VİDEO

29 İyun 2020 20:00 Qalmaqal 887
Yenə karantini pozdu, partiyə qatıldı: Məşhur idmançının görüntüləri VİDEO

ATP reytinqinin 7-cisi Aleksandr Zverev sevgilisi Brenda Patea ilə birlikdə Monte-Karloda partiyə qatılıb.

Sportinfo.az xəbər verir ki, məşhur alman moda dizayneri Filipp Playn partidən görüntüləri "Instagram" hesabında paylaşıb.

Daha sonra o, Zverevin olduğu fraqmentləri silib. Almaniyanı təmsil edən rus əsilli tennisçi Novak Cokoviçin təşkil etdiyi "Adria Tour"da iştirak etmişdi. Digər raketka ustalarından fərqli olaraq, onun koronavirus testinin nəticəsi neqativ çıxmışdı.

Bununla belə, Zverev Cokoviçin turniri zamanı həyatını riskə atdığı hər kəsdən üzr istəmiş və xəstəliyin əksər hallarda 14 günlük periodda ortaya çıxdığını nəzərə alaraq müəyyən müddət özünü cəmiyyətdən təcrid edəcəyini bildirmişdi.

23 yaşlı idmançının sözünə əməl etməyərək partiyə qatılması başda həmkarı Nik Kiryos olmaqla, insanlar tərəfindən kəskin etirazla qarşılanıb.

Zverev Cokoviçin "Adria Tour"un keçirildiyi dönəmdə təşkil etdiyi əyləncə gecələrində də iştirak etmişdi

Digər Xəbərlər
Xəbər Lenti