Azərbaycan millisinin üzvü qətl hadisəsi ilə bağlı axtarışa verildi

29 İyun 2020 09:14 Qalmaqal 614
Azərbaycan millisinin üzvü qətl hadisəsi ilə bağlı axtarışa verildi

Dağıstanda 27 yaşlı Abdulbasir Omarovun qətlindən şübhəli bilinən şəxslərin adları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Dağıstan mətbuatı məlumat yayıb.

Qətllə bağlı 25 yaşlı Surakat Asiyatilov, onun 26 yaşlı qardaşı Hüseyn Asiyatilov və 24 yaşlı Nurmaqomde Hacıyev axtarışa verilib.

"Bu şəxslərin axtarışa verilməsi barədə əmr 26 iyunda imzalanıb. Buna qədər informasiya dəqiqləşdirilirdi”-deyə Dağıstanın Daxili İşlər Nazirliyi açıqlama verib.

Abdulbasir Omarov iyunun 23-də "Maxaçqalavodokanal” şirkətinin ərazisində öldürülüb. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin "qəsdən adam öldürmə” və "odlu silahın qanunsuz dövriyyəsi” maddələri ilə iş açılıb.

Axtarışa verilən şəxslərdən 24 yaşlı Nurmaqomed Hacıyev sərbəst güləş üzrə Azərbaycan milil komandasının üzvüdür. O 2018 və 2019-cu illərdə 97 kiloqram çəki dərəcəsində ölkəmizə bürünc medallar qazandırıb.

Digər Xəbərlər
Xəbər Lenti