"Bakı"ya qol vuran müdafiəçi 40 yaşında öldü - FOTO

28 İyun 2020 17:20 Qalmaqal 1 301
"Bakı"ya qol vuran müdafiəçi 40 yaşında öldü - FOTO

Slovakiya millisinin sabiq futbolçusu Marian Çisovski vəfat edib.

Sportinfo.az xəbər verir ki, bunu onun 2014-cü ildə karyerasını başa vurduğu son klubu olan Plzen “Viktoriya”sının mətbuat xidməti açıqlayıb.

Sabiq müdafiəçi 41 yaşlında ölüb. Buna amiorofik skleroz (ALS) səbəb olub. Ötən il eyni xəstəlikdən Niderland millisinin sabiq futbolçusu Fernando Riksen də 43 yaşında vəfat edib.

Çişovski 2005/2006 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsinin hər iki görüşündə (0:1, 3:1) "Bakı"ya qarşı forma geyinib. O, ev oyununda qollardan birinin müəllifi olub.

Mərhum futbolçu "Viktoriya" (Plzen), "Jilina", "İnter" (Bratislava) və Rumıniya "Politexnika"sında da çıxış edib. Üçqat ölkə çempionu olan müdafiəçi millidə 15 matç keçirib.

Digər Xəbərlər
Xəbər Lenti