Jurnalisti vurdu, üzr istədi və işdən qovuldu - İNSİDENT

22 İyun 2020 15:46 Qalmaqal 860
Jurnalisti vurdu, üzr istədi və işdən qovuldu - İNSİDENT

Rusiya çempionatının 23-cü turunda keçirilən “Lokomotiv” – “Orenburq” qarşılaşmasından əvvəl insident baş verib.

Sportinfo.az xəbər verir ki, stadionun stüardı “Sport ekspress” qəzetinin əməkdaşı Yevgeni Belausovu döyüb. Jurnalist oyun başlamasına 1,5 saat qalmış videoçəkiliş edib.

Stadionun Ruslan adlı əməkdaşı qaçaraq ona yaxınlaşıb, çəkilişə dayandırmağı tələb edib və jurnalisti itələyib.

Jurnalist mətbuat mərkəzinə qayıtmaq istəyib, amma əməkdaş onu təqib edərək bu dəfə sifətinə zərbə vurub. “Lokomotiv”in mətbuat xidməti hadisəyə dərhal reaksiya verib.

Bildirilib ki, əməkdaş jurnalistdən şəxsən üzr istəyib və işdən qovulub.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”