Gürcü "oğrular"ı Azərbaycan klubunun baş məşqçisinə kimi tapşırıb?

22 İyun 2020 13:12 Qalmaqal 2 277
Gürcü "oğrular"ı Azərbaycan klubunun baş məşqçisinə kimi tapşırıb?

Demə, Gürcüstanın kriminal dünyası da Azərbaycan futboluna təsir edirmiş...

Sportinfo.az xəbər verir ki, bu fikir tanınmış idman telejurnalisti Ceyhun Rzayevə məxsusdur.

"Xəzər"TV-nin məşhur siması sosial şəbəkədə bununla bağlı status paylaşıb:

"O vaxt "Inter"də David Odikadze oynayırdı. Mahir Şükürov ona "at oğrusu" deyirdi. Soruşdum, niyə elə deyirsən. Cavab verdi ki, eyni cinahda oynayırıq, o, dincəlir, mən onun da yerinə qaçıram. Eşitdiyimə görə, Odikadzenin yaxın qohumu Gürcüstanın nüfuzlu kriminal avtoritetlərindın biridir və qohumunu Kaxaber Sxadadzeyə tapşırmışdı".

Gürcü yarımmüdafiəçi 2009-2011-ci illərdə Premyer Liqamızda çıxış edib. Odikadze 2 il ərzində 54 oyuna çıxıb və 5 qol vurub.

"İnter"ə gələnə kimi Macarıstanda - "Gyon"da forma geyinən legioner buradan ölkəsinə yollanıb və Tbilisi "Dinamo"su ilə müqavilə bağlayıb. İki il paytaxt klubunda qalandan sonra "Çixura"ya keçib, karyerasını isə 2018-ci ildə "Şevardeni"də bitirib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”