Futbolçuların həyat yoldaşlarından QEYRİ-ETİK TƏBRİK - VİDEO+FOTO

20 İyun 2020 16:42 Qalmaqal 1 753
Futbolçuların həyat yoldaşlarından QEYRİ-ETİK TƏBRİK - VİDEO+FOTO

“Rostov”un qapıçısı Sergey Pesyakovun xanımı Kseniya qeyri-etik hərəkətlə “Soçi” komandasını təbrik edib.

Sportinfo.az xəbər verir ki, o, orta barmağını göstərdiyi fotonu paylaşaraq “qalibləri təbrik edirik” yazıb.

“Rostov”un baş məşqçisi Valeri Karpinin xanımı Darya, futbolçular Aleksey İonov və Yeqor Baburinin həyat yoldaşları da bu aksiyaya qoşulub. Kseniya bunu “Instagram”da paylaşıb və “Soçi”ni də “tag” edib. Lakin o, sonradan həmin postu silib.

“Rostov”un altı futbolçusunda koronavirus aşkarlanıb. Bu səbəbdən Rostov klubunun rəhbərliyi Rusiya Premyer Liqasının XXIII turunun oyununun təxirə salınmasını xahiş edib.

Lakin Soçi klubu oyunun təxirə salınmasına razı olmayıb. Nəticədə, “Rostov” meydana 2001-2004-cü il təvəllüdlü futbolçularla çıxıb və 1:10 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”