Kamilin əlbəyaxa davasına həyat yoldaşı Gülaydan AÇIQLAMA - VİDEO

20 İyun 2020 10:24 Qalmaqal 1 718
Kamilin əlbəyaxa davasına həyat yoldaşı Gülaydan AÇIQLAMA - VİDEO

Xəbər verdiyimiz kimi, fitnes məşqçisi Kamil Zeynallı polislərin gözü qarşısında dava edib.

O, yolda avtomobilindən düşərək, bir nəfərə yumruq zərbələri endirib. Bu zaman K.Zeynallı həmin şəxsə qarşı qeyri-etik ifadələr səsləndirib.

Sportinfo.az xəbər verir ki, qalmaqallı məsələ ilə bağlı “Xəzər” televiziyasında yayımlanan “5/5”də axşam şousunda qonaq olan K.Zeynallının müğənni həyat yoldaşı Gülay Zeynalova açıqlama verib.

Sənətçi həyat yoldaşının yolda əlbəyaxa davasını belə nəql edib: “Yolda gedəndə Kamilin sözü çəp gəlib. Amma indi hər şey qaydasındadır”.

Verilişin aparıcısı Zaur Kamalın “Siz evinizdə üzərlik yandırın” sözlərinə Gülay Zeynalova belə cavab verib: “Bizim evdə hər gün tonqal qalanır. Üzərlik yandırmağı çatdırmırıq. Əsas odur ki, nəticə baxımından salamatlıqdır”.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”