Dava salan azərbaycanlı idmançı bölməyə aparıldı, sonra da…

19 İyun 2020 20:40 Qalmaqal 1 316
Dava salan azərbaycanlı idmançı bölməyə aparıldı, sonra da…

Sportinfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə idmançı Kamil Zeynallının avtomobil yolunda polisin yanında digər sürücü ilə davam etməsi ilə bağlı yayılan görüntülərinə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, hadisə Bakı-Şamaxı yolununda yerləşən karantin postunda qeydə alınıb:

"Hadisə zamanı Kamil Zeynallı digər sürücü ilə yol üstündə bir-biri ilə dava ediblər. Ərazidə olan polis əməkdaşları da onları saxlayaraq, aidiyyati üzə Polis bölməsinə gətiriblər.

Bölmədə həmin şəxslərin izahatları alınaraq, sərbəst buraxılıb. Buna baxmayaraq, araşdırmalar davam etdirilir. Nəticəsindən aslı olaraq məsələyə hüquqi qiymət veriləcək" (report).

Sosial şəbəkələrdə K.Zeynallının avtomobil yolunda digər sürücü ilə polisin yanında dava etdiyi barədə görüntülər yayılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti