Bakıda xoşagəlməz hadisə baş verdi – QƏZADAN VİDEO

19 İyun 2020 12:58 Qalmaqal 1 749
Bakıda xoşagəlməz hadisə baş verdi – QƏZADAN VİDEO

Veloparkda keçirilmiş şose velosipedi üzrə Bakı birinciliyində xoşagəlməz hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Velosiped İdmanı Federasiyasının Mətbuat katibi Pərviz Musayev şəxsi "Facebook" hesabında paylaşım edib.

O bildirib ki, gənclər/U23 kateqoriyasının yarışı zamanı Azərbaycan Milli Antidopinq Agentliyinin xanım əməkdaşı diqqətsizlik edərək velosipedçilərin yoluna çıxıb.

Nəticədə idmançılardan biri - İbad Abbasov yıxılaraq zədələnib. Velosipedlərdən birinin raması çatlayıb, digərinin isə karbon qabaq təkəri əyilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti