Mübariz Mənsimov nədə ittiham edilir? - İTTİHAM AKTI

18 İyun 2020 09:14 Qalmaqal 881
Mübariz Mənsimov nədə ittiham edilir? - İTTİHAM AKTI

"Fətullahçı Terror Təşkilatına üzv olmaq" cinayəti ilə ittiham olunan azərbaycanlı iş adamı,,"Xəzər Lənkəran"ın və "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov (Qurbanoğlu) haqqında ittihamın bəzi detalları üzə çıxıb.

Sportinfo.az xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən M.Qurbanoğlu haqqında 26 səhifəlik ittiham aktı hazırlanıb.

İttiham aktında şübhəli şəxsin FETÖ ilə əlaqəsi bir-bir yazılıb. Eyni zamanda, Fəthullah Gülənə aid əşyaları muzeydə sərgilədiyi iddia edilib.

Bildirilib ki, M.Mənsimovun təşkilatın bir çox sahə üzrə rəhbərləri ilə intensiv şəkildə əlaqə və əməkdaşlığı 2016-cı ilə qədər davam edib. FETÖ-nin xaricdəki təşkilatlarından məsuliyyətli olan Əhməd Həmdi Vural ilə gizli şəkildə görüşləri və əlaqəsi olub.

İttihamda vurğulanır ki, şübhəli şəxs təşkilatın digər üzvləri kimi, müdafiə olunmaqdan (dövlət tərəfindən vəkillə təmin olunmaqdan) imtina edib. Şübhəli şəxsin təşkilatdan verilən göstərişlər əsasında fəaliyyətlərdə olduğu da qeyd edilib.

Prokurorluq şübhəli şəxsin "Silahlı terror təşkilatına üzv olmaq" maddəsi ilə cəzalandırılmasını tələb edib. Mübariz Mənsimovla bağlı məhkəmə prosesi İstanbul Ağır Cəza Məhkəməsində keçiriləcək.

15 martda hüquq-mühafizə orqanları M.Mənsimovun evində axtarış aparıb və o, həmin gün saxlanılıb. 17 martda isə M.Mənsimov barəsində istintaq müddətində həbs qərarı verilib. 17 iyunda istintaq işi məhkəməyə göndərilib.

M.Mənsimov özü FETÖ ilə əlaqələrini qəti şəkildə rədd edir və ittihamları qəbul etmir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti