Millinin qapıçısına 1 milyon rüşvət təklif olundu - Qol burax

13 İyun 2020 11:34 Qalmaqal 1 045
Millinin qapıçısına 1 milyon rüşvət təklif olundu - Qol burax

Argentina millisinin sabiq futbolçusu Uqo Orlando Qatti "Boka Xuniors"da çıxış edərkən "River Pleyt"lə derbi matçından öncə ona rüşvət təklif edildiyini bildirib.

Sportinfo.az xəbər verir ki, 76 yaşlı veteran qapıçı "El Chiringuito"ya müsahibəsində həmin təklifi qəbul etmədiyini söyləyib.

Qattinin sözlərinə görə, rəqib klubun nümayəndələri 2 top buraxması üçün ona 1 milyon ABŞ dolları təklif ediblər: "Təbii ki, onlarla razılaşmadım. Bildilər ki, mən satqın deyiləm. Bundan əlavə, həmin vaxt Argentina futbolunda 1 milyon ABŞ dolları yox idi".

18 dəfə Argentina millisinin formasını geyinmiş Uqo Orlando Qatti ölkəsində "Boka Xuniors"la yanaşı, "Atlanta", "River Pleyt", "Ximnasiya" və "Union Santa-Fe" klublarında da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”