Abbasovdan rusiyalıya sərt cavab: "Çoxu bunu bacarmır" - FOTO

6 İyun 2020 16:00 Qalmaqal 885
Abbasovdan rusiyalıya sərt cavab: "Çoxu bunu bacarmır" -  FOTO

Azərbaycanın MMA döyüşçüsü, hazırda Rusiyanın “Fight Nights Global” turnirinin yüngül çəki dərəcəsində çempionu Nəriman Abbasov bir məsələyə aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, N.Abbasov 2018-ci ildə Tofiq Musayevin Bakıda məğlub etdiyi rusiyalı Maarif Pirayevin onunla döyüşmək istəməsinə cavab verib:

“İstərdim ki, son vaxtlar mənim ətrafımda yaranmış səs-küyə görə narahat olan azarkeşlərimizi sakitləşdirim. Şou MMA-nın bir hissəsidir. Solğun karyera məqamında olan döyüşçülər şöhrət zirvəsindəki digər, daha məşhur döyüşçüləri təhqir və təhdid edir.

Artıq qəfəsdə yox, yalnız onun kənarında özünü göstərə bilənlər başqa nə edə bilər ki?! MMA kimi məşhur idman növündə təvazökar döyüşçü olmağı çoxu bacarmır”.

"Piranya” ləqəbli M.Pirayev çempionluq kəməri üçün məhz N.Abbasovla döyüşmək istəyir. Təşkilatçılar isə sentyabrın 25-də Nərimana rəqib kimi digər rusiyalı Mixail Qoqitidzeni təyin edib.

Digər Xəbərlər
Xəbər Lenti