Komandanın avtobusuna hücum: İki futbolçu yaralandı - VİDEO

5 İyun 2020 12:02 Qalmaqal 947
Komandanın avtobusuna hücum: İki futbolçu yaralandı - VİDEO

"Benfika"nın avtobusu azarkeşlərin hücumuna məruz qalıb.

Sportinfo.az xəbər verir ki, hadisə XXV turun "Tondela" ilə ev oyunundan sonra baş verib.

Qolsuz heç-heçədən narazı qalan fanatların qarşısını polis konvoyu da ala bilməyib. Nəticədə şüşə qırıntıları yarımmüdafiəçi Yulian Vayql və vinger Andriya Jivkoviçin üzünü zədələyib. Onlar ehtiyat tədbiri kimi xəstəxanaya çatdırılıblar.

Portuqaliya Primeyrası iyunun 3-də start götürüb. Hazırda "Benfika" və "Portu" hərəyə 60 xalla liderdir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”