Bakıda idman jurnalistini və qardaşını bıçaqlayan şəxsin məhkəməsi - Nə vaxt olacaq?

3 İyun 2020 20:40 Qalmaqal 820
Bakıda idman jurnalistini və qardaşını bıçaqlayan şəxsin məhkəməsi - Nə vaxt olacaq?

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış teleaparıcı Xose Bernardo və qardaşını bıçaqlamaqda təqsirləndirilən Abutalıb Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Sportinfo.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirəndirilən şəxsin anket məlumatları dəqiqləşdilib.
Məhkəmə baxışı iyunun 16-na təyin edilib.

Hadisə ötən il Pirallahı rayonunda qeydə alınıb. A.Hüseynov münaqişə zəminində 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviçi və onun qardaşı 1982-ci il təvəllüdlü Rafael Hüseynovu bıçaqlayıb.

Yaralılar hadisədən sonra 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Atası Kubadan olan, lakin Azərbaycanda doğulmuş Xose Bernardo televiziya fəaliyyətinə ANS-in idman xəbərlərində aparıcılıq etməklə başlayıb. O, “Planet Parni iz Baku” KVN teatrında da epizodik rollar alıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”