19 yaşından yumar oynayan futbolçu: "6 milyon uduzmuşam"

16 May 2020 14:08 Qalmaqal 953
19 yaşından yumar oynayan futbolçu: "6 milyon uduzmuşam"

"Arsenal"ın keçmiş hücumçusu Niklas Bendtner qumar problemləri olduğunu etiraf edib.

Sportinfo.az xəbər verir ki, Bendtner Danimarkadakı şəxsi realiti-şousunda poker təcrübəsini bölüşüb:

"İndiyə kimi çox poker oynamışam. 19 yaşımdan bəri oynayıram. Nə qədər pul itirdiyimi təsəvvür edə bilməzsiniz. Təxminən 6 milyon funt sterlinq olar.

Amma oyun asılılığı ilə bağlı problemlərimin olduğunu deməzdim. Həmişə özümü idarə edə bilmişəm. Ancaq əvvəllər bir neçə dəfə çətinə düşdüyüm olub.

Bir gecə Londonda vəziyyət nəzarətdən çıxmışdı və hər şey çox pis nəticələnə bilərdi. Sonluq elə də acınacaqlı olmadı və birtəhər işləri qaydasına qoydum.

Amma ondan sonra bir də böyük məbləğlərlə oynamadım. Daha az məbləğlərlə oynamağa qərar verdim".

Danimarkalı forvard 2005-2014-cü illər aralığında "Arsenal"da çıxış edib. Hazırda o, azad agentdi.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”