İdmançı maska taxmasını tələb edən qadını döydü - VİDEO

10 May 2020 23:20 Qalmaqal 414
İdmançı maska taxmasını tələb edən qadını döydü - VİDEO

Qarışıq döyüş sənətləri (MMA) üzrə məşqçi mağazada ondan maska taxmasını tələb edən satıcını döyüb.

Sportinfo.az xəbər verir ki, müşahidə kameraları tərəfindən qeydə alınan görüntüləri “Primeçaniye” portalı dərc edib.

Hadisə Krımda qeydə alınıb. Kadrlarda görünür ki, mağazaya ağzında maska olmayan bir kişi və qadın daxil olub, nəsə almaq istəyir. Ancaq onlara imtina cavabı verilir.

Cütlük çıxır və bir müddət sonra yenə qayıdır. Gənc məşqçi satıcıya yaxınlaşaraq, onun üzünə tüpürür və çıxır. Bu vaxt satıcı onların arxasınca qaçaraq, idmançıya bir neçə dəfə zərbə vurur.

Bundan sonra MMA döyüşçüsü qadını döyməyə başlayır. Hadisədən sonra idmançı saxlanılıb. Polis yoxlamalara başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı