Məşhur azərbaycanlı idmançı saxlanıldı - FOTO

7 May 2020 12:58 Qalmaqal 998
Məşhur azərbaycanlı idmançı saxlanıldı - FOTO

Güney azərbaycanlı milli-mədəni fəal və tanınmış idmançı Kərim İsmayılzadə İranın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.

Sportinfo.az xəbər verir ki, son aylarda dəfələrlə həbs edilən milli fəal Təbriz şəhərində tutulub.

Fəalın hansı səbəbdən tutulduğu və harada saxlandığı barədə hələlik heç bir məlumat yoxdur.

O, daha öncə fevralın 27-də Qərbi Azərbaycan vilayətinin kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyarinin şikayəti əsasında, ictimai asayişi pozmaq ittihamı ilə İran kəşfiyyatı (ETTELAAT) tərəfindən saxlanıldıqdan bir neçə gün sonra sərbəst buraxılmışdı.

Milli fəal növbəti dəfə martın 17-də Təbriz şəhərində saxlanılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”