DƏHŞƏT HADİSƏ! Futbolçu 5 yaşlı oğlunu öldürdü - FOTO

6 May 2020 16:04 Qalmaqal 950
DƏHŞƏT HADİSƏ! Futbolçu 5 yaşlı oğlunu öldürdü - FOTO

Türkiyənin Bursa şəhərində koronavirus şübhəsi ilə aprelin 23-də müalicə aldığı xəstəxanada vəfat edən 5 yaşlı Kasım Toktaşın əsl ölüm səbəbi bəlli olub.

Sportinfo.az xəbər verir ki, K.Toktaşın atası, hazırda həvəskar liqada "Bursa Yıldırımspor"da çıxış edən futbolçu Cevher Toktaş 11 gün sonra oğlunu boğaraq öldürdüyünü etiraf edib.

2008/2009 mövsümündə "Hacettepespor"la Türkiyə Super Liqasında çıxış etmiş 33 yaşlı yarımmüdafiəçi məhkəmədə əməlini boynuna alıb. O, 15 dəqiqə ərzində yastığı oğlunun başında tutduğunu söyləyib: "Oğlum çırpınırdı, amma mən ölənə qədər basmağa davam etdim".

Toktaş hətta hadisədən bir neçə gün sonra oğlunun məzarının fotosunu paylaşaraq "Dünyaya bel bağlamayın" deyə şərh yazıb. O, məhkəmə zalındaca həbs olunub.

Toktaş oğlunu sevmədiyi üçün öldürdüyünü deyib: "Mənim iki oğlum var. Ölən oğlumu doğulduqdan sonra heç sevmədim, niyə sevmədiyimi də bilmirəm. Onu boğaraq öldürməyimin səbəbi, sadəcə onu sevməməyimdir. Sağlamlıqla bağlı və psixi problemlərim yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti