Millidə oynamaq istəyən qızları zorlayıb! – Federasiya prezidenti

6 May 2020 10:24 Qalmaqal 885
Millidə oynamaq istəyən qızları zorlayıb! – Federasiya prezidenti

Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bart ölkədəki təlim-məşq mərkəzində son 5 ildə gənc qızlara qarşı cinsi zorakılıqda ittiham olunur.

Sportinfo.az xəbər verir ki, hadisə qurbanlarından biri "The Guardian"a açıqlama verib.

O bildirib ki, mərkəzdə işləyən qadınlardan biri qızlara Dadu ləqəbli federasiya rəhbəri ilə cinsi əlaqədə olmaq üçün təzyiq göstərir. Buna razı olmayanlar mərkəzdən qovulur.

Şahidlər federasiya prezidentinin belə futbolçulardan birini aborta məcbur etdiyini də açıqlayıb. Ən yaxşı gənc oyunçulardan biri isə 2018-ci ildə 17 yaşında ikən qızlığını itirib və abort etməli olub.

Dadunun özü isə ittihamları rədd edib. O, heç vaxt federasiya və akademiya əməkdaşlarıdan özünə qarşı şikayətlərin edilmədiyini və seksual zorakılıq praktikasının mümkünsüz olduğunu vurğulayıb.

Jan-Bartın həmyerliləri Donald Gerye və Soni Mustivar "Neftçi"də çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”