Daha bir sirri ortaya çıxdı: Hər kəsdən gizlətdiyi oğlu Xan - FOTO

1 May 2020 10:24 Qalmaqal 560
Daha bir sirri ortaya çıxdı: Hər kəsdən gizlətdiyi oğlu Xan -  FOTO

Şimali Koreya lideri Kim Çen Inın ölüm xəbərindən sonra rezonans doğuran bir fakt da aşkarlanıb.

Sportinfo.az xəbər verir ki, ingilis mediası İtaliya A Seriyasında forma geyinən şimali koreyalı futbolçu Xan Kvan Sonun Kim Çen Inın mənəvi oğlu olduğunu yazıb.

1998-ci ildə Pxenyanda doğulan Kvan Son ailəsinin dəstəyi ilə uşaq yaşlarında İspaniyada - "Barselona"nın məktəbində təhsil alıb. Futbol karyerasına isə Pxenyanın “Chobyong” klubunda başlayıb.

2015-ci ildə 17 yaşlı futbolçular arasında keçirilən dünya çempionatında Şimali KOreya forması ilə göstərdiyi performansla diqqət çəkən Kvan Son bundan sonra İtaliyada bir futbol akademiyasında təhsil almağa başlayıb.

Akademiyada oxuduğu dönəmdə İtaliyanın məşhur “Kalyari” klubuna trensfer olunub. Koreyalı oyunçunun mövqeyi hücum xəttində olur.

“Kalyari”dən “Peruca”ya icarəyə verilən istedadlı futbolçu bununla ictimaiyyətin diqqətini çəkir və bir televiziya proqramına dəvət alır. Amma yayımın başlamasına bir neçə dəqiqə qalmış proqram ləğv edilir.

“Peruca”nın prezidenti həmin gün haqda belə danışır: “Yayıma çox az vaxt qalmışdı. Şimali Koreyadan zəng etdiyini deyən bir nəfər telefonda mənə çox sərt səslə Xanı yayıma çıxarmamağı əmr edirdi.

Zəng İtaliya hökumətindən gəlmişdi, ona da Şimali Koreya xəbərdarlıq edib. Telefondakl şəxs Şimali Koreyadan olan futbolçuların televiziyaya çıxmağın qadağan olduğunu, çıxarsa, deportasiya etmək məcburiyyətində qalacaqları söylədi və beləliklə proqram ləğv edildi. Xan çox qorxmuşdu”.

Xan Kvan Sonla Kim Çen In arasındakı əlaqələr o gün diqqət çəkməyə başladı. Kim Çen Inın Xanı mənəvi oğulluğa götürdüyü Şimali Koreyada məlum idi, amma o olaya qədər dünyanın bundan xəbəri yox idi.

Mənəvi ata məsələsini şişirdən Kim Xanın Avropadakı futbol həyatını Şimali Koreyaya çəkərək ona yön vermək istəyir. Lakin buna qədər heç vaxt futbolla maraqlanmayan Çen In mənəvi oğlu sayəsində İtaliya A Seriyasının ən qızğın tərəfdarların birinə çevrilir.

2019-cu ildə “Kaliyari”dən 3.5 milyon avroya “Yuventus”a transfer olunan Xanla “Everton”, “Arsenal” və “Liverpul” kimi nüfuzlu ingilis klubları maraqlansa da, İngiltərə hökuməti bu transferə mane olub.

Məlumata görə, ingilis hökuməti Xana veriləcək pulun dolayı yolla Şimali Koreyaya gedəcəyini və bunun BMT-nin sanksiya siyahısında olan Koreyanın nüvə proqramına dəstək kimi qəbul ediləcəyini ehtimal etdiyi üçün bu transferin baş tutmasına imkan verməyib.

“Yuventus”da yalnız U-23 komandasında forma geyinən və gözləntini doğrultmayan Xan Kvan Son 7 milyon avroya Qətərin “Al-Duhail” klubuna transfer olunub.

Digər Xəbərlər
Xəbər Lenti