Olimpiya İdman Kompleksində ölüm hadisəsi baş verdi

28 Aprel 2020 22:00 Qalmaqal 843
Olimpiya İdman Kompleksində ölüm hadisəsi baş verdi

Quba rayonunda ölüm hadisəsi baş verib.

Sportinfo.az xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən Olimpiya İdman Kompleksinin ərazisində baş verib.

Belə ki, burada fəhlə işləyən Şabran şəhər sakini Eldar Hökmulla oğlu Hüseynov tikinti işləri zamanı ölüb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti