"Üzümü cırmaqlayırdı": Azərbaycanlı futbolçu həyat yoldaşını döyüb - VİDEO+FOTO

3 Aprel 2020 14:22 Qalmaqal 2 252
"Üzümü cırmaqlayırdı": Azərbaycanlı futbolçu həyat yoldaşını döyüb - VİDEO+FOTO

Kiyev “Dinamo”sunun sabiq futbolçusu, Azərbaycan əsilli Aleksandr Əliyev həyat yoldaşı Tatyana ilə yaşadığı konflikt barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Əliyev sabiq həyat yoldaşına əl qaldırdığını etiraf edib.

Ancaq o, konfliktin ilk təşəbbüskarı olmadığını bildirib: “Sabiq həyat yoldaşıma əl qaldırmışam. Bəli, belə hal olub. Evdəki münaqişədən sonra olub.

Amma dava-dalaşın ilk təşəbbüskarı mən olmamışam. Mənə görə hər şeyi müzakirə nəticəsində həll etmək daha yaxşıdır.

Amma evə gəlirsən, o isə üzərinə hücum edərək, sənin sifətini cırmaqlayır. Səhəri gün isə mən belə vəziyyətdə məşqə gedirəm. İndi təsəvvür edirsiz, komanda yoldaşlarım mənim sifətimə baxıb nə düşünürdülər?

Özü də o, yaxşı bilirdi ki, mən səhər hara gedəcəm. Heç vaxt konfliktin təşəbbüskarı olmamışam. O isə hər dəfə bunu təkrarlayırdı. Mən heç vaxt birinci başlamamışam. Bəli, belə hal olub, gizlətmirəm, amma onu da etiraf edirəm ki, bu, düzgün deyil”.

Keçmiş futbolçuya qarşı arvadını döydüyünə görə artıq beş cinayət işi açılıb. Aleksandr və Tatyana 2016-cı ildə boşanıb Tatyana məhkəmədən futbolçunun ona və uşaqlarına yaxınlaşmağa qadağa qoymasını xahiş edib.

“Əgər mən yoxa çıxsam, bu, onun işi olacaq. O, həmişə məni hədələyir, əynimdəki paltarla məni evdən qovub. O, mənim başımı yatağa vuraraq yatağı sındırıb. Qızıma səsli mesaj göndərərək “Alina, yadında saxla, anan artıq yoxdur”, - deyə Tatyana bildirib.

Futbolçunun özü ünvanına səsləndirilən təqsirləri şərh edib və uşaqlarının anasını evdən qovmasını inkar etməyib. “Bəli, mən onu qovmuşam. Bu, uşaqların əmlakıdır. Qoy, ana zibillikdə yaşasın. Mən uşaqları təmin edirəm, amma ona heç vaxt bir qəpik də verməyəcəm”, - A.Əliyev deyib.

Digər Xəbərlər
Xəbər Lenti