Bu mübahisəyə görə Abdullayevə xəbərdarlıq edildi - VİDEO

1 Aprel 2020 11:34 Qalmaqal 699
Bu mübahisəyə görə Abdullayevə xəbərdarlıq edildi - VİDEO

Azərbaycanlı kikboksinq üzrə dünya çempionu Pərviz Abdullayevin də iştirak etdiyi "Survivor 2020" yarışmasında qalmaqal yaşanıb.

Sportinfo.az xəbər verir ki, buna idmançının yarışın digər iştirakçısı Burakla dava etməsi səbəb olub.

Belə ki, verilişin ötən gün yayımlanan bölümündə adada aclığa qarşı mübarizə aparan iki komandanın iştirakçıları ət yeməyi mükafatını qazanmaq üçün yarışıblar.

Toxunulmazlıq oyunu zamanı isə gərginlik baş verib. Basketbol oyunu zamanı Pərviz - Sercan və Burak-Yasin duelində Burak Pərvizin qaydanı pozduğunu iddia edib və ona reaksiya göstərib. Tərəflərin mübahisəsi zamanı Acun Ilıcalı həm Pərvizə, həm də Buraka texniki cəza verib.

Daha sonra isə Pərvizlə Burakın mübarizəsi zamanı ikinci yerə yıxılıb. Pərviz isə bilərəkdən onun dizinə basıb. Nəticədə Pərviz oyundan kənarlaşdırılıb, ona xəbərdarlıq edilib. P.Abdullayev üzr istəyib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"