Azərbaycanlı futbolçu tanınmış məşqçini BİABIR ETDİ!

30 Mart 2020 15:46 Qalmaqal 910
Azərbaycanlı futbolçu tanınmış məşqçini BİABIR ETDİ!

Kiyev “Dinamo”sunun sabiq futbolçusu, Azərbaycan kökənli Aleksandr Əliyev çalışdığı məşqçilər barədə danışıb.

Sportinfo.az xəbər verir ki, veteran yarımmüdafiəçi Valeri Qazzayevi bəyənmədiyini bildirib.

O, rusıyalı mütəxəssislərin məşqlərini “tamamilə mənasız” adlandırıb: “Ən ağır məşqlər Pavel Yakovenkoda olurdu, ən mənasız məşqlər isə Valeri Qazzayevdə.

Onun nə etmək istədiyini heç cür başa düşə bilmirdim. Güman ki, bir çoxları da başa düşə bilmirdi ki, Qazzayev nə etmək istəyir. Bəli, başqaları susurdu, amma mən susmurdum.

Qazzayevin bir inancı vardı: qapımıza hücum olanda, rəqibin qol vurmamas üçün yerə tüpürürdü. Meydana çıxanda bizə heç bir göstəriş vermirdi, yalnız belə deyirdi: “Uşaqlar, sizə uğurlar arzulayıram. Bu gün bizdə mükafat filan qədərdir”. Vəssalam”.

Necə deyərlər, Əliyev Qazzayevin vaxtilə Kiyev klubundakı iş prinsiplərini ələ salıb. 35 yaşlı Aleksandr bununla bağlı “You Tube”dakı “Kent” kanalına açıqlamasında 66 yaşlı mütəxəssisin oyundan əvvəl rəqs etdiyini də sözlərinə əlavə edib:

"Qazzayevi ümumiyyətlə başa düşmədim. Amma məcbur idim. Digərləri susdu, bəli. Həmin vaxt paltosunamı tüpürürdü? (gülümsəyir) Onun yanında gəzən və paltarını silən xüsusi köməkçiləri var idi. Sadəcə, zarafat edirəm. Qazzayev məşqçilik karyerasında çox şey əldə edib.

Meydana girməzdən öncə ayağa qalxır və rəqs edərək bunları deyirdi: “Uşaqlar, sizə uğurlar arzulayıram”. Amma ondan niyə rəqs etdiyini heç soruşmamışam”.

Valeri Qazzayev Kiyev "Dinamo"sunda 2009-cu il iyunun 20-dən 2010-cu il oktyabrın 1-dək çalışıb. Onun dövründə "Dinamo" Ukrayna Super Kubokunun qalibi və ölkə çempionatının gümüş mükafatçısı olub.

Digər Xəbərlər
Xəbər Lenti