Bakıda koronavirus xəstəsinin öldüyü xəstəxanadan VİDEOREPORTAJ

29 Mart 2020 09:00 Qalmaqal 859
Bakıda koronavirus xəstəsinin öldüyü xəstəxanadan VİDEOREPORTAJ

zərbaycanda daha bir nəfər koronavirus infeksiyasından vəfat edib.

Sportinfo.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

AZTV 1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşının öldüyü xəstəxanada çəkiliş aparıb.

Xəstə ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkib, xəstənin anamnezində ürəyin işemik xəstəliyi, xroniki kardiomiopatiya, şəkərli diabet olduğu, həmçinin, angioplastika (stendin taxılması) əməliyyatı keçirdiyi göstərilib. Pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstənin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Bundan başqa, dünən ölkədə 17 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”