Qazaxıstanda ermənini döyən idmançı Bakıda həbs edildi

21 Mart 2020 11:48 Qalmaqal 602
Qazaxıstanda ermənini döyən idmançı Bakıda həbs edildi

2012-ci ildə Qazaxıstanda cinayət törədən şəxs idmançı Azərbaycanda həbs edilib.

Sportinfo.az xəbər verir ki, Qazaxıstanda quldurluq əməli törətməklə cəzalandırılan Musayev Nizami Lətif oğlu Azərbaycanda həbs edilib.

O, həbsxana həyatını Azərbaycanda yaşayacaq.

Nizami Musayev 2012-ci ildə Qazaxıstanda quldurluq əməli törətməkdə suçlanaraq 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilib və azadlığa buraxılıb.

Azərbaycana gələn Nizami Hüseynov Qazaxıstana qayıtmayıb. Onun cəzası başa çatmadığı üçün axtarışa verilib. Məhkəmə onun barəsində axtarış elan edib.

Ötən il Bakıda həbs edilən Nizami Musayev yenidən azadlığa buraxılıb və Qazaxıstana gedib. Qazaxıstan dövlətinin yaranmasının il dönümü ilə bağlı amnistiya elan edilib. Amnistiya ilə onun cəzası 1 il 8 aya endirilib.

Azərbaycana ekstradisiya edilən Nizami Musayev burada məhkəmə önünə çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində onun əməli Azərbaycan Cinayət Məcəlləsi ilə tənzimlənib. Nizami Musayev Qazaxıstanda barəsində çıxarılan cəzanı- 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını Azərbaycada çəkəcək.

Nizami Musayev idmançıdır. O, daha əvvəl də ermənini döydüyü üçün Qazaxıstanda cinayət məsuliyyətinə cəlb edilib.

Digər Xəbərlər
Xəbər Lenti