Koronavirusa yoluxan məşhur idman adamları - YENİ SİYAHI

17 Mart 2020 10:24 Qalmaqal 514
Koronavirusa yoluxan məşhur idman adamları - YENİ SİYAHI

Dünyada yayılan koronavirus pandemiyası idman sahəsinə də təsirsiz ötüşməyib.

Sportinfo.az xəbər verir ki, önəmli turnirlərin əksəriyyəti təxirə salınıb. Həmçinin virusun yayıldığı ölkələrdə bəzi tanınmış idmançılar və idman adamları da koronavirusa yoluxub.

Onların adlarını təqdim edirik:

"Arsenal"ın baş məşqçisi Mikel Arteta;

"Fiorentina"nın futbolçuları - Duşan Vlaxoviç, Patrik Kutrone, Herman Petselya;

"Valensiya"nın futbolçuları - Esekiel Qaray və Eliakim Mankalya;

"Yuventus"un futbolçusu Daniele Ruqani;

Danimarkalı sabiq futbolçu Tomas Kalenberq;

"Paderborn"un futbolçusu Luka Kilian;

"Sampdoriya"nın futbolçuları - Manolo Qabbiadini, Omar Kolli, Albin Ekdal, Antonio La Qumina, Morten Torsbü;

"Hannover 96"-nın futbolçusu Timo Hübers;

"Real"ın basketbolçusu Trey Tompkins;

"Yuta Caz"ın basketbolçuları - Rudi Qober və Donovan Mitçell;

"Detroyt Pistons"un basketbolçusu Kristian Vud;

"Çelsi"nin futbolçusu Kallum Hadson-Odoi.

Digər Xəbərlər
Xəbər Lenti