Şeydayev oğurluq üstündə saxlanıldı – biri hələ axtarılır

1 Mart 2020 15:20 Qalmaqal 1 700
Şeydayev oğurluq üstündə saxlanıldı – biri hələ axtarılır

Sportinfo.az xəbər verir ki, Qəbələ rayonunda qolf meydançasının ərazisindən oğurluq edən şəxs saxlanılıb.

Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki qolf meydançasının ərazisindən 670 manat dəyərində inşaat materiallarını oğurlamaqda şübhəli bilinən oranın gözətçisi P.Məmmədov və şəhər sakini M.Şeydayev saxlanılıblar.

İsmayıllı rayonunda isə Olimpiya İdman Kompleksindən müxtəlif idman ləvazimatları, idman velosipedləri və idman döşəkçələri oğurlanıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!