Azyaşlı futbolçuları daşıyan avtobus dərəyə yuvarlandı - VİDEO

29 Fevral 2020 18:46 Qalmaqal 1 068
Azyaşlı futbolçuları daşıyan avtobus dərəyə yuvarlandı - VİDEO

Rusiyanın "Neftyanik" uşaq komandasının futbolçuları Ulyanovsk yaxınlığında qəzaya düşüblər.

Sportinfo.az xəbər verir ki, komandanı daşıyan avtobus dərəyə yuvarlanıb.

Avtobusda 26 uşaq və 3 məşqçi olub. Qəza nəticəsində 9 uşaq yaralanıb. Onlardan 3-ü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Bundan başqa, məşqçilərdən birinə də tibbi yardım göstərilib. Avtobusun digər sərnişinləri isə qorxaraq qaçıblar. Qəzanın fəsadlarını aradan qaldırmaq üçün hadisə yerinə 27 canlı qüvvə və 12 texnika göndərilib.

İlkin versiyaya əsasən, sürücü yolun həmin hissəsinin keyfiyyətsiz olması səbəbindən idarəetməni itirib. Qəzanın dəqiq səbəbləri barədə mütəxəssislərin rəyindən sonra açıqlama veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”