Azərbaycanlı futbolçudan pul tələb ediblər? – QARŞILIQLI İTTİHAM

21 Fevral 2020 18:12 Qalmaqal 942
Azərbaycanlı futbolçudan pul tələb ediblər? – QARŞILIQLI İTTİHAM

"Bütün bunlar yalan və təxribat, müəyyən insanların çirkli oyunlarıdır".

Sportinfo.az xəbər verir ki, bunu Qazaxıstan "Aktobe"sinin idarə heyətinin sədri Artur Smaqulov azərbaycanlı futbolçu Fuad Bayramovun klub prezidenti Samat Smakov haqqında söylədiyi fikirlərə münasibət bildirərkən deyib.

Bayramov Azərbaycan mətbuatına müsahibəsində deyib ki, Vəkil adlı şəxs "Aktobe"də oynamaq üçün ondan pul tələb edib.

Həmin şəxs futbolçudan məvacibinin yarısını klubun prezidenti S.Smakova verməli olduğunu bildirib. A.Smaqulov isə "Aktobe"nin rəsmi saytına açıqlamasında qeyd edib ki, bu, komandanın imicini ləkələmək üçün atılmış addımdır:

"Bayramovun müsahibədə adlarını çəkdiyi şəxsləri tanımıram. Fuad dünən axşam yaxınlaşıb dedi ki, baş məşqçi məni komandada görmək istəmir.

Ona bildirdim ki, baş məşqçi belə qərar veribsə, heç bir köməklik göstərə bilmərəm. Daha sona gürcü klubunun prezidenti Levan Silaqadze yaxınlaşdı və futbolçu ilə bağlı məndən xahiş etdi.

Amma ona da eyni sözləri dedim. Bildirdim ki, legioner limitimiz doludur. Hesab edirəm ki, bütün bunlar adımızı ləkələmək məqsədi daşıyır".

Fuad Bayramovun son klubu Gürcüstanın yüksək liqasında çıxış edən "Rustavi" olub.

Digər Xəbərlər
Xəbər Lenti