Qayınatasını döyən, həbsə düşən "Neftçi"nin məşqçisi ilə bağlı yeni qərar verildi

21 Fevral 2020 00:14 Qalmaqal 1 312
Qayınatasını döyən, həbsə düşən "Neftçi"nin məşqçisi ilə bağlı yeni qərar verildi

"Neftçi” idman klubunun kikboksinq bölməsinin rəhbəri, “Xocalı” idman klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu Ehram Məcidov barəsindəki qərardan verilən kasasiya şikayətinə baxılıb.

Sportinfo.az xəbər verir ki, Ali Məhkəmədə idmançının şikayətini təmin edilib. Onun cəzasını cəzası 6 il 6 aydan 3 ilə endirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ehtiram Məcidov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onun cəzasını ağırlaşdıraraq 6 il 6 ay endirilib.

İttihama görə, Ehtiram Məcidov "Neftçi” İSM-də kikboks bölməsinin baş məşqçisi olub. O, qayınatası Bəhruz Dilbazini döyməkdə ittiham edilib.

Ehtiram Məcidovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham elan edilib. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq sənədlərinə görə, Ehtiram Məcidov 2016-cı ildə həyat yoldaşı Müqəddə Dilbazi ilə boşanıb. Cütlüyün nikahından bir övladı olub. Uşaq ananın himayəsinə verilib.

2017-ci ildə isə Müqəddə Dilbazi məhkəməyə müraciət edərək uşağın xarici ölkəyə aparılmasına icazə verilməsini istəyib. Bununla bağlı Ehtiram Məcidovla arvadı arasında uzun sürən məhkəmə çəkişmələri olub.

Son dövrdə isə Ehtiram Məcidov övladı ilə ünsiyyət qurmasına keçmiş həyat yoldaşı və onun valideynləri tərəfindən maneələr yaradıldığını bildirib.

İdmançının bununla bağlı müraciətini Binəqədi rayon İcra şöbəsi araşdırıb. Hadisə də şöbənin inzibati binasında baş verib. İcra məmuru Vüqar Alıyevin otağında görüşən tərəflər atanın uşaqla görüşməsi ilə bağlı mübahisə ediblər. Ehtiram Məcidovun keçmiş qayınatası Bəhruz Dilbazini döyüb.

Digər Xəbərlər
Xəbər Lenti